top
Özünə və stadionun əmlakına zərər vuran Səbuhi Abdullazadəyə cəza veriləcək? - Araşdırma
17 avqust 2026, 17:00
- ↺ +

Özünə və stadionun əmlakına zərər vuran Səbuhi Abdullazadəyə cəza veriləcək? - Araşdırma

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Misli Premyer Liqasının ilk turunda "Neftçi" ilə qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra özünə və stadionun əmlakına zərər vuran "Sumqayıt" Futbol Klubunun üzvü Səbuhi Abdullazadənin cəzalandırılıb-cəzalandırılmayacağı ilə bağlı araşdırma aparılıb.

Həkimlərin qərarına əsasən "Sumqayıt"ın 24 yaşlı yarımmüdafiəçi beş ay yaşıl meydanlardan kənarda qalacaq.

Bəs qırmızı vərəqə alandan sonra özünü nizamsız aparan və stadionun əmlakına zərər vuran Səbuhi Abdullazadəni hansı cəza gözləyə bilər?

AFFA-nın mətbuat xidmətinin sözçüsü Murad Axundov açıqlamasında bildirib ki, AFFA İntizam Komitəsi yalnız futbolçunun qırmızı vərəqə aldığı konkret oyun epizodu ilə bağlı futbolçunu cəzalandırmaq və klubu cərimələmək hüququna malikdir.

"Bildiyim qədəri ilə futbolçu intizamsızlığı və özünə xəsarəti qırmızı vərəqəni alıb oyunu tərk edəndən sonra "podtribunka"(stadionun dəhlizi – red.) deyilən hissədə edib. Bilirsiniz ki, "Neftçi" - "Sumqayıt" oyunu "SOCAR Polymer Arena"da baş tutub. Bu stadion "Sumqayıt" Futbol Klubunun balansındadır. Əgər futbolçu deyilən kimi stadionun əmlakına zərər vurubsa, onu cəzalandırmaq hüququ "Sumqayıt" klubunun özünə aiddir", - deyə AFFA rəsmisi bildirib.

Əlavə edək ki, "Sumqayıt"- "Neftçi" oyunu 3:1 hesabı ilə bakılıların xeyrinə bitib. Oyunun 74-cü dəqiqəsində kobud oyuna görə baş hakim "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə qırmızı vərəqə göstərib. Bu qərara emosional reaksiya göstərən futbolçu qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda yumuruğu ilə dəhlizin şüşəsini sındırıb. Nəticədə böyük şüşə parçası futbolçunu ayağına düşərək onu ciddi zədələyib. Əməliyyat olunan futbolçunun beş ay yaşıl meydandan kənarda qalacağı açıqlanıb.

Mənbə: İdman.biz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Bu gün, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Bu gün, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Bu gün, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Bu gün, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Bu gün, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Bu gün, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Bu gün, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Bu gün, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Bu gün, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Bu gün, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Bu gün, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Bu gün, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Bu gün, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Bu gün, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Bu gün, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Bütün xəbərlər
Bu gün, 09:09

Sumqayıtda damda təmir zamanı xəsarət alan şəxs belə xilas edildi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir

Oxşar xəbərlər