top
Prezident təqaüdçüsü: Sumqayıtda güləşə başlayanların gələcəyin çempionları kimi yetişməsinə öz töh
29 dekabr 2025, 19:50
- ↺ +

Prezident təqaüdçüsü: "Sumqayıtda güləşə başlayanların gələcəyin çempionları kimi yetişməsinə öz töh

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Şəxsi planlarım Sumqayıt şəhərində fəaliyyət göstərən gənc məşqçilərə bağlıdır". 

Bu sözləri Dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri sumqayıtlı Qərib Əliyev AZƏRTAC-a müsahibəsi zamanı deyib.

Sumqayit24.az sözügedən müsahibəni təqdim edir. 

-Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülməyiniz sizin üçün nə ifadə edir?

-Əlbəttə, idman sahəsində çalışan hər bir məşqçi və mütəxəssis üçün ölkə rəhbəri tərəfindən onun zəhmətinin, əməyinin qiymətləndirilməsi böyük şərəfdir. Mənim üçün də hörmətli prezidentimizin, Ali Baş Komandamızın mənə verdiyi fərdi təqaüd böyük önəm kəsb edir. 

Bu, əməyimə verilən qiymətdir. Buna görə də Prezidentə dərin təşəkkürümü bildirirəm. Tək mənim yox, istənilən sahədə fəaliyyət göstərən hər bir şəxsin əməyinin bu cür dəyərləndirməsinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm.

-Bu cür yüksək qiymətləndirmə sizin gələcək fəaliyyətinizə necə təsir edəcək?

-Prezident təqaüdünə layiq görüldüyümü eşidəndə, bu illər ərzində çəkdiyim bütün zəhmətlər gözümün önündən keçdi. Qeyd edim ki, fəalliyətimə 1973-cü ildə başlamışam. Məşqçi kimi isə 1978-ci ildən çalışmağa start vermişəm. Bir sözlə, həm məşqçi, həm də hakim kimi bu illər əzində fasiləsiz fəaliyyət göstərmişəm. 25 il ölkəmizi beynəlxalq arenalarda təmsil etmişəm. Məşqçi olaraq yetirmələrim dünya və avropa mükafatçıları, dünya kubokunun qalibi, IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Prezidentin mənə verdiyi təqaüddən sonra artıq istirahət edə bilərəm. Lakin həyatımı passiv keçirməyi düşünmürəm. Məşqlərə qaldığım yerdən davam edəcəyəm. Hazırda yaşadığım Sumqayıt şəhərində güləşə başlayan gənc nəslin gələcəyin çempionları kimi yetişməsinə öz töhfəmi verəcəyəm.

-Siz artıq "Tərəqqi" medalı və digər fəxri adlarla təltif olunmusunuz. Fərdi təqaüd bu siyahıda hansı yer tutur?

-"Tərəqqi"medalından əlavə, "Azərbaycanın əməkdar məşqçisi", "Beynəlxalq dərəcəli hakim", Prezidentimizin müvafiq sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adlarına layiq görülmüşəm. Hər bir fəxri ad, mükafat Prezidentin idmanımıza və bu sahədə çalışan mütəxəssislərə verdiyi dəstəkdir. Bu cür mükafatlandırma və münasibət cəmiyyətin hər bir fərdini həvəsləndirir. Onlar başa düşür ki, ölkə idmanına illərlə xidmət etdiyi, bu və ya digər formada töhfə verdiyi müddətcə onlar da bu cür təltif edilə bilər. Ölkə başçısının bütün fəxri adları və mükafatları mənim üçün doğma və əzizdir. Birini o birindən fərqləndirmək və üstün görmək istəməzdim. Hər birinin özünəməxsus dəyəri və anlamı var.

-Yaxın gələcək üçün şəxsi planlarınız və güləşlə bağlı hədəfləriniz nədir?

-Şəxsi planlarım Sumqayıt şəhərində fəaliyyət göstərən gənc məşqçilərə bağlıdır. Yetirmələri beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən bu məşqçilərə, eləcə də idmançılara illər ərzində qazandığım təcrübəni bölüşmək niyyətindəyəm. Sevindirici hal odur ki, bu istək onların özlərindən gəlir. Hər məşq zamanı deyirlər: 

"Müəllim, bura gəlin, bizə yol göstərin". 

Mən də böyük həvəslə onların yanına gedirəm. Bir sözlə, rəsmi olaraq fəaliyyətim bitmiş sayıla bilər, lakin idman sahəsinə olan sevgim bununla bitmir. Fəaliyyətimi qaldığım yerdən, sadəcə, bu dəfə fərqli istiqamətdə davam etdirəcəyəm.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Oxşar xəbərlər