top
Qalib gəlmək üçün hər dəfə nəsə çatmır - Sumqayıt futbolçusu
26 mart 2026, 11:40
- ↺ +

"Qalib gəlmək üçün hər dəfə nəsə çatmır" - "Sumqayıt" futbolçusu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Fasiləyə qədər bizdə hər şey alınırdı. Həm oyun, həm də nəticə var idi. Özümə də maraqlıdır ki, niyə bu vəziyyətə düşdük".

Bunu Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadə sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Yığmanı qarşıda "FIFA Series - 2026" turnir çərçivəsində iki oyun gözləyir. Bu matçlar barədə fikirlərini bilmək istərdik.
- Hər kəs - istər azarkeşlər, istər məşqçilər, istərsə də ətrafımızda olanlar bizdən qələbə gözləyir. Özümüz də özümüzdən bunu istəyirik. Baxımlı oyunla hər iki görüşdən qalibiyyətlə ayrılıb xalqımızın milliyə inamını qaytarmağı düşünürük. Bu iki qarşılaşma bizim üçün əla şansdır.
- Millinin düşərgəsində ab-hava necədir?
- Düşərgədə super atmosfer var. Ayxan Abbasovun gəlişi ilə millidə yüksək ab-hava formalaşıb. Ölkənin əsas komandasına dəvət alan futbolçular düşərgəyə çox həvəslə gəlirlər. Hamı xoşbəxtdir. Böyük istəklə məşq edir, komandamızın uğur qazanacağına inanırıq. Yığmaya dəvət almaq istənilən futbolçu üçün böyük şərəfdir. İnanırıq ki, qarşıdakı hər iki görüşdə xalqımızı qələbə ilə sevindirəcəyik.
- Bir qədər "Sumqayıt" barədə danışaq. Formasını geyindiyiniz komanda qış fasiləsindən sonra "qara zolağ"a düşüb. Artıq neçə oyundur ki, qələbə üzünə həsrət qalmısız...
- Açığı, bu suala cavabım yoxdur. Daha doğrusu, cavab tapmaqda çətinlik çəkirəm. Müəyyən xırda detallar var ki, onlar üst-üstə gələndə böyük problemlər ortaya çıxır. Qalib gəlmək üçün hər dəfə nəsə çatmır. Qışdan sonra belə zəif görünməyimiz hamımızı məyus edir. Fasiləyə qədər bizdə hər şey alınırdı. Həm oyun, həm də nəticə var idi. Özümə də maraqlıdır ki, niyə bu vəziyyətə düşdük...
- Sizcə, komandanın "qara zolaq"dan çıxması üçün nə çatmır?
- Qeyd etdiyim kimi hər oyunda qələbə qazanmaq üçün nəsə çatmır. Yaxşı futbolçularımız var. İstək və əzmkarlıq da öz yerində. Uğurlu nəticə qazanmaq üçün rəhbərlik də əlindən gələni edir. Təəssüf ki, hər dəfə nəsə düz getmir, nəsə alınmır. 3-4 oyun ardıcıl uğursuz olanda komandanın üzərində təzyiq də yaranır ki, bu da hardasa sözünü deyir. Bəzən bəxt də bizdən üz döndərir. Məsələn "Karvan-Yevlax"la görüşdə mən penaltini qola çevirə bilmədim. Dəqiq olsaydım, oyunun taleyi demək olardı ki, həll olunacaqdı.
- Premyer Liqanın aşkar autsayderi ilə görüşdə bəxtdən şikayətlənmək nə dərəcədə doğrudur? Bəlkə "Sumqayıt"ın futbolçularında xarakter çatmır? Çətin anlarda məsuliyyəti boynuna götürən, komandanı arxasınca aparan lider futbolçu yoxdur...
- Bəlkə də... Bilirsiniz ki, əksər futbolçular ötən yay bu komandaya qoşulub. Uyğunlaşmaq üçün müəyyən vaxt tələb olunur. Bəlkə də buna görə aramızda liderliyi üzərinə götürə biləcək futbolçu yoxdur.
- Komandanın uğursuzluğunda baş məşqçini günahlandırmaq olar?
- Vurğuladığım kimi, hər xırda detalın təsiri var.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər