UEFA Çempionlar Liqasını qazanmağa əsas namizəd komandanın adı açıqlanıb.
Sumqayit24.az məşhur "Football Meets Data" portalına istinadən xəbər verir ki, turniri qazanmağa bir nömrəli favorit İngiltərənin "Arsenal" futbol klubudur. Onların çempion olmaq ehtimalı 26 faizdir.
Turnir cədvəlində ikinci yerdə qərarlaşan "Bavariya"nın 17 faiz, üçüncü yerin sahibi son çempion PSJ-nin isə çempionluq şansı 10 faiz göstərilib.
UEFA Çempionlar Liqasında tarix yazan təmsilçimiz "Qarabağ"ın çempionluq şansı 0.1 faizdən daha az görünür.