top
Roi Kehat: Oğlum Azərbaycan dilini öyrəndi və mənim tərcüməçimə çevrildi
20 fevral 2026, 18:00
- +

Roi Kehat: "Oğlum Azərbaycan dilini öyrəndi və mənim tərcüməçimə çevrildi"

İsrailli futbolçu Roi Kehat artıq üçüncü mövsümdür ki, Sumqayıt klubunun formasını geyinir və 2025-ci ildə müqaviləsini daha iki il uzadıb. O, İdman.Biz-ə müsahibəsində həm komandanın inkişafından, həm də Azərbaycandakı həyatından danışıb.

Kehat bildirib ki, komanda bu illər ərzində tamamilə dəyişib: ilk mövsümdə oyun üslubu daha çox mərkəzə söykənirdi, indi isə cinahlardan daha fəal istifadə olunur. Onun sözlərinə görə, heyət bu mövsüm daha balanslıdır və komanda "top-3" və ya "top-4" uğrunda mübarizə apara bilər. Təcrübəli futbolçu qeyd edib ki, çempionatda lider olan "Sabah" bunu təsadüfən etməyib, amma sonda "Qarabağ"ın təcrübəsi həlledici ola bilər.

Roi Kehat ailəsi ilə birlikdə Bakıda yaşayır. Üç övladı var və kiçik qızı Azərbaycanda dünyaya gəlib. Oğlu artıq Azərbaycan dilində sərbəst danışır və bəzən atası üçün tərcüməçilik də edir. Futbolçu Azərbaycanın həyat keyfiyyətini yüksək qiymətləndirir, insanların qonaqpərvərliyini xüsusi vurğulayır.

Milli mətbəximizdən isə ən çox düşbərəni və xüsusilə ət qutabını sevdiyini deyib. Ailəsi ilə birlikdə həm Azərbaycan bayramlarını, məsələn Novruzu, həm də İsrail ənənələrini qeyd etdiklərini bildirib. Bakıda yəhudi icması ilə sıx əlaqədə olduqlarını da əlavə edib.

Kehat 2007-ci ildən həyat yoldaşı ilə birlikdədir – məktəb illərindən tanışdırlar. O deyir ki, həyat yoldaşının xoşbəxt olması onun futbol karyerasında uğurunun əsas səbəblərindən biridir. Bakıda həyat yoldaşı pilates təlimatçısı kimi çalışır və ailə özünü burada rahat hiss edir.

Son xəbərlər

Bütün xəbərlər
08 avqust 2026, 17:50

İki aydan sonra Sumqayıtın bu yolu da yada düşdü - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 17:10

Sumqayıtda İYRƏNC mənzərə - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 16:31

Sabah çimərliklərdə hava necə olacaq?

Bütün xəbərlər
08 avqust 2026, 16:00

Sumqayıtın ortasında gizlənən başqa dünya: Qurd dərəsinin sirri

Bütün xəbərlər
08 avqust 2026, 15:30

Ceyranbatan sakinlərinin yuxusuna haram qatan zavod - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 14:50

FHN Sumqayıtda maarifləndirmə tədbirləri keçirib

Bütün xəbərlər
08 avqust 2026, 14:10

Bu gün Dünya Pişiklər Günüdür

Bütün xəbərlər
08 avqust 2026, 13:17

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
08 avqust 2026, 12:47

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün xəbərlər
08 avqust 2026, 12:30

Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı

Bütün xəbərlər
08 avqust 2026, 12:00

Sumqayıtın dəniz sahili zibildən təmizləndi

Bütün xəbərlər
08 avqust 2026, 11:30

Sumqayıtda yol çöküb, obyektlər təhlükədə - VİDEO

Bütün xəbərlər
08 avqust 2026, 10:52

330 metrlik asteroid Yerə yaxınlaşır

Bütün xəbərlər
08 avqust 2026, 09:49

SDU rektorundan sumqayıtlı abituriyentlərə çağırış

Bütün xəbərlər
08 avqust 2026, 09:30

Sumqayıtda avtomobil təmiri sexi yanıb

Bütün xəbərlər
08 avqust 2026, 09:10

Sumqayıtda daha bir həyət abadlıq gözləyir - FOTO

Bütün xəbərlər
07 avqust 2026, 18:15

Sumqayıtda zibil qutularının yeri niyə dəyişdirilib? - Şikayət

Bütün xəbərlər
07 avqust 2026, 17:53

Sumqayıt yolunda gecə kabusu - Qaranlıq qəzalara səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
07 avqust 2026, 17:30

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar

Bütün xəbərlər
07 avqust 2026, 17:00

"Səhər 6-da musiqi başlayır, yata bilmirik!" - Sakinlər narazıdır, qurum isə "normaldır" deyir!

Bütün xəbərlər
07 avqust 2026, 16:14

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı

Bütün xəbərlər
07 avqust 2026, 15:50

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Bütün xəbərlər
07 avqust 2026, 15:30

Bakıdakı yanğında tüstüdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Bütün xəbərlər
07 avqust 2026, 15:10

Sarayda mənzillərin qiyməti sakinləri ŞOKA saldı - 60 faiz bahalaşma

Oxşar xəbərlər