"Sumqayıt" futbol klubu Ronaldo Vaskezdən xoş xəbər alıb.
Müqaviləsi başa çatan əcnəbi Azərbaycana qayıtmağa razılaşıb.
"Kimyaçılar" 27 yaşlı yarımmüdafiəçi ilə uzun müddətdir apardığı danışıqları bu gün yekunlaşdırıb.
Yeni baş məşqçi Filipe Kandidonun da qalmasına razılıq verdıyı dominikanlı legioner daha iki mövsümü ölkəmizdə keçirəcək.
Orta sahə oyunçusu 2025-ci ildən "Sumqayıt"da çıxış edir.
Dominikan millisinin yarımmüdafiəçisi geridə qalan müddətdə 46 oyunda meydana çıxıb. 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Sportinfo.аz