top
Ronaldo Vaskes: Qələbənin Sumqayıtda qalması üçün əlimizdən gələni edəcəyik
03 fevral 2026, 18:00
- ↺ +

Ronaldo Vaskes: "Qələbənin "Sumqayıt"da qalması üçün əlimizdən gələni edəcəyik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Biz çox yaxşı işləyirik. Mövsümün qalan hissəsinə də hazırlaşırıq. Turnir cədvəlindəki mövqeyimizi və necə məşq etdiyimizi nəzərə alsaq, bəli, daha yaxşı olduğumuzu deyə bilərəm".

Bunu "Sumqayıt"ın legioneri Ronaldo Vaskes sportal.az-a müsahibəsində deyib.

Sumqayit24.az sözügedən müsahibəni təqdim edir.

- "Karvan-Yevlax"la görüşdə qalib gəldiniz. Bu görüş sizin üçün asan keçdi?
- Turnir cədvəlində yüksəlməyə davam etmək üçün bu görüşdə vacib üç xal qazandıq. Qol imkanlarımızdan tam istifadə etmədiyimiz, amma qələbəni təmin edə bildiyimiz bir matç idi. Epizodlarımız çox oldu.
- İlk hissədə çoxlu qol şansınız oldu, ikisini vurdunuz. Amma fasilədən sonra qol vura bilmədiniz. Niyə epizodlardan lazımınca yararlana bilmirsiniz?
- Mənim üçün vacib olan 3 xal qazanmaqdır. Düzdür, daha bir qol vurmaq şansım var idi və bundan tam istifadə edə bilmədim. Amma qələbədən və yaxşı oyundan məmnunam.
- Komandanın bu mövsümkü oyununu necə qiymətləndirirsiniz? Saşa İliç gələndən bəri daha yaxşı oynamağa başlamısınız?
- Biz çox yaxşı işləyirik. Mövsümün qalan hissəsinə də hazırlaşırıq. Turnir cədvəlindəki mövqeyimizi və necə məşq etdiyimizi nəzərə alsaq, bəli, daha yaxşı olduğumuzu deyə bilərəm.
- "Karvan-Yevlax"la görüşdə qollardan birini siz vurdunuz, amma başqa qol imkanlarınız da oldu. Öz performansınızdan razı qaldınız?
- Özümə qarşı bir az tələbkar olmağa çalışıram. Qol və məhsuldar ötürmə etdiyim yaxşı oyun alındı. Ancaq həmişə daha çoxunu istəyirəm. Bu matçda əldən verilmiş fürsətlər bir təcrübə olacaq. Əsas odur ki, 3 xal qazandıq.
- "Sumqayıt"ın avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı şansı var. Mövsümün sonunda bunu reallaşdıra biləcəksiniz?
- Bu, bizim məqsədlərimizdən biridir və biz buna doğru irəliləmək üçün çalışırıq. Bunu etmək üçün potensialımız və yaxşı komandamız var.
- "Sumqayıt" ölkə kubokunda növbəti oyununu "Zirə"yə qarşı keçirəcək. "Zirə"ni məğlub etmək şansınızı necə qiymətləndirirsiniz?
- Bu matçın əhəmiyyətini dərk edirik. Qələbənin "Sumqayıt"da qalması üçün əlimizdən gələni edəcəyik. Amma ağır oyun olacağını dəqiq bilirik.
- Premyer Liqada növbəti oyununuz da "Zirə"yə qarşıdır. Bu, sizə maraqlı gəlir? Bunun müsbət və mənfi tərəfləri var?
- Bəli, maraqlıdır. Amma bəzən belə də olur. Azərbaycanda bu cür olur.
- Artıq bir ildir ki, "Sumqayıt"da oynayırsınız. Azərbaycanda keçirdiyiniz vaxt necə keçdi, burada xoşbəxtsiniz? "Sumqayıt"la yeni müqavilə imzalayacaqsınız?
- Azərbaycanda keçirdiyim vaxtdan çox məmnunam. Mənə çox yaxşı münasibət göstərdilər və bunu həqiqətən yüksək qiymətləndirirəm. Müqaviləm başa çatmaq üzrədir, amma komandanın turnir cədvəlinin zirvəsində yer alması üçün mümkün qədər çox çalışmağa davam etməyə diqqət yetirirəm.

Son xəbərlər

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Oxşar xəbərlər