"Sumqayıt" klubu keçmiş futbolçusunu qaytara bilər.
Məlumata görə, "Zirə" komandası Rövlan Muradovla yollarını ayırıb. Oyunçunun bir neçə klubdan təklifləri var. "Sumqayıt" da onlardan biridir.
Tərəflər arasında bir müddətdir danışıqlar davam edir. R.Muradov özü də "kimyaçılar"da çıxış etməyə müsbət yanaşır.
Mənbə: idmanxeber.az