"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Sumqayit24.az xəbər verir ki, Masazır təmsilçisi üçüncü turda Almaniyanın "Borussiya Dortmund" klubu ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Sabah" iki turdan sonra 3 xalla 22-ci pillədə qərarlaşıb.