AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi "Sabahın Ulduzları" turnirinin püşkatma mərasimi keçirilib.
Sumqayit24.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, "Sumqayıt" FK hər iki yaş qrupunda ilk turdakı rəqibini öyrənib.
U-15 yaş qrupunda Sumqayıt təmsilçisi "Şəfa" FK ilə üz-üzə gələcək. Qarşılaşma 1-2 avqust tarixlərində keçiriləcək.
U-14 yaş qrupunda isə "Sumqayıt" FK ilk turda "Sabah" FK ilə qarşılaşacaq. Bu oyun 3-4 avqust tarixlərində baş tutacaq.
Qeyd edək ki, avqustun 1-də start götürəcək "Sabahın Ulduzları" turnirinin bütün oyunları Bayıl stadionunda keçiriləcək. Açılış mərasimi və turun mərkəzi qarşılaşması CBC Sport telekanalı və YouTube platforması vasitəsilə canlı yayımlanacaq.