Leon Maurice Pöhls karyerasını "Sumqayıt" futbol klubunda davam etdirə bilməyəcək.
29 yaşlı qapıçı ötən ilin yayında "Şemroks Rovers"dən (İrlandiya) ayrıldıqdan sonra "Vlajniya"ya keçib. Alman kiper Albaniyada bir mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb. Üç aydır axtarışda olan Pöhls "Sumqayıt"lə danışıqlar aparsa da, anlaşma baş tutmayıb.
İki səbəbdən - o, oyun praktikası azlığından əziyyət çəkməklə yanaşı, zədəlidir. Odur ki, "kimyaçılar" riskə getməyb və üzünü başqa səmtə çevirib.
Mənbə: Sportinfo.аz