"Sumqayıt" klubunun iki futbolçusu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sumqayit24.az-a bu barədə komandadan məlumat verilib. Bildirilib ki, Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə matçda zədələnən Rüstəm Əhmədzadə iki, Jeam Oliveyra isə 6-8 həftə ərzində kollektivdən ayrı düşəcək.
Qeyd edək ki, "Sumqayıt" sabah, yəni 16 oktyabr tarixində Misli Premyer Liqasının 8-ci turunda öz meydanında "Araz-Naxçıvan"ı qəbul edəcək.