"Sumqayıt" futbol klubunun "Araz-Naxçıvan"a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunun bu oyunu Rəvan Həmzəzadəyə tapşırılıb. Ona qarşılaşmanın idarəsində kömək edəcəklər:
- Hakimlər: Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov:
- VAR: Kamal Umudlu;
- AVAR: Vüsal Məmmədov;
- Hakim-inspektor: Anar Salmanov.
Qeyd edək ki, matç 9 may saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.