"Sumqayıt" futbol klubu bu gün "Karvan-Yevlax"ın qonağı olacaq.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 18-ci turunun ilk görüşü saat 14:30-da Yevlax şəhər stadionunda baş tutacaq.
Meydan sahibləri çempionatın aşkar autsayderidir. "Ağ-qaralar" 6 xalla sonuncu - 12-ci pilədə qərarlaşıb. "Sumqayıt" isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bu oyun ərəfəsində "kimyaçılar" 27 xalla 5-ci yerdədir.
Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə baş tutan oyun sumqayıtlıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.