"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu müəyyənləşib.
Sumqayit24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Yeni mövsümdə məşqçilər korpusunda təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq.
V.Kuramşın baş məşqçi Uğur Özdemirin köməkçisi kimi fəaliyyət göstərəcək. Mütəxəssis klubun yarandığı 3 il ərzində komandada çalışıb. O, ötən iki mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib.
Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. O, FIBA və ABL-nin B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.