"Sumqayıt" basketbol klubu növbəti oyununa çıxıb.
Sumqayit24.az xəbər verir ki, komanda Azərbaycan Basketbol Liqasının pley-in mərhələsi çərçivəsində NTD ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən qarşılaşma paytaxt təmsilçisinin 121:107 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl baş tutan matçlarda "Naxçıvan" "Sərhədçi"ni (98:87), "Şəki" "Quba"nı (101:89), "Gəncə" "Lənkəran"ı ( 91:55) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.