Sumqayıt cüdoçusu beynəlxalq yarışda birinci yerə layiq görülüb.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda cüdoçumuz Süleyman Şükürov da iştirak edib.
-90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib. Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub.
Qeyd edək ki, Süleyman Şükürovun müəllimi Azərbaycan Respublikasının əməkdar məşqçisi Fərid Ağakişiyevdir.