"Sumqayıt" futbol klubu Azərbaycanda transfer pəncərəsinin bağlanması ərəfəsində növbəti transfer əməliyyatını yekunlaşdırıb.
Premyer Liqada mövsümə uğursuz başlayan "gənclik şəhəri" təmsilçisi yeni legionerlə anlaşıb. O. fransalıdır və vinger mövqeyində çıxış edir. Tərəflər arasında 1+1 illik razılaşma əldə olunub.
"Kimyaçılar" bu yay 5 futbolçu ilə müqavimlə bağlayıb, onlardan 1-i yerli, digərləri əcnəbidir. Emil Mustafayev ("Polissya", Ukrayna), Jeymes Almeyda ("Pasuş Fereyra", Portuqaliya), Jeam Oliveyra ("Kaşias", Braziliya), Lukas Blak ("Ferroviario", Braziliya) və Renan Santana ("Famalikao", Portuqaliya) "Sumqayıt"ın təklifini qəbul edib.
Mənbə: Sportinfo.аz