"Sumqayıt" futbol klubunun futbolçusu Sənan Muradlı "Şamaxı"da çıxış edəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Şamaxı" futbol klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi yeni mövsümdə "Şamaxı"da icarə əsasında oynayacaq.
Qeyd edək ki, S.Muradlı 2025-2026 mövsümündə də icarə əsasında "Şamaxı"da çıxış edib.