top
Sumqayıt futbol klubundan legioner məsələsi ilə bağlı AÇIQLAMA
10 mart 2026, 18:09
- ↺ +

"Sumqayıt" futbol klubundan legioner məsələsi ilə bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Karvan-Yevlax" ilə oyundan sonra komandamızın baş məşqçisi Saşa İliç mətbuat konfransında çıxışı zamanı bildirib ki, bundan sonra daha çox gənc və yerli futbolçulara şans veriləcək. O, qərarın klub rəhbərliyi ilə aparılan müzakirələrdən sonra verildiyini vurğulayıb".

Bu barədə "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.

O bildirib ki, məşqçinin bu fikirləri bəzi media orqanlarında yanlış formada təqdim olunub:

"Yanlış şərhlərdə guya klubun strategiyasını dəyişdiyi, komandanın hədəflərdən geri çəkildiyi və yalnız yerli futbolçularla çıxış edəcəyi iddia edilib. Məsələnin bu şəkildə təqdim olunması klub olaraq bizi narahat edir".

Zaur Xudiyev əlavə edib ki, "Sumqayıt" FK hələ yaradıldığı gündən yerli futbolçuların inkişafına önəm verir:

"Bu qərar həm klub rəhbərliyi, həm də baş məşqçinin birgə müzakirəsinin nəticəsidir. İctimaiyyətə yaxşı məlumdur ki, "Sumqayıt" Futbol Klubu yarandığı gündən etibarən yerli futbolçuların inkişafına xüsusi önəm verib. Klubun əsas strategiyası akademiyadan yetişən gənclərə və digər yerli oyunçulara şans yaratmaq, eyni zamanda əcnəbi futbolçuların cəlbi ilə balanslı və rəqabətədavamlı kollektiv formalaşdırmaqdır. Məqsəd Azərbaycan futboluna töhfə vermək və ölkəni beynəlxalq arenada layiqincə təmsil etməkdir.

Hazırkı vəziyyətdə qəbul edilən qərar isə sırf mövcud şəraitlə bağlıdır. Belə ki, komandanın bir sıra əsas əcnəbi futbolçuları zədə və cəza səbəbindən heyətdən kənarda qalıb. Ronaldo Vaskes və Roi Kehat zədəlidir. Aleksandr Ramalinqom və Nikola Ninkovic isə cəzalı olduqları üçün meydana çıxa bilmirlər. Dörd əsas heyət üzvünün eyni vaxtda sıradan çıxması məşqçilər heyətini alternativ variantlara yönəlməyə məcbur edir. Bu səbəbdən boşluqlar akademiyanın yetirmələri və yerli futbolçular hesabına doldurulur.

Bu məqamın klub strategiyasının dəyişməsi kimi qələmə verilməsi düzgün deyil. Klubun uzunmüddətli inkişaf xətti dəyişməz olaraq qalır və yerli-əcnəbi balansına əsaslanan komanda modeli bundan sonra da qorunacaq.

Zədəlilərin və cəzalının müddəti başa çatdıqdan sonra onlar yenidən komandanın sərəncamında olacaqlar. Eyni zamanda, hazırda formasından uzaq olan Abdul Raşid Mumini də optimal vəziyyətini bərpa etdikdən sonra heyətə qayıdacaq.

Klubun nə yalnız yerli futbolçularla çıxış etmək, nə də yerli oyunçulara şans vermədən yalnız əcnəbilərə üstünlük tanımaq kimi bir yanaşması var. Belə bir prinsip nə indiyədək mövcud olub, nə də gələcəkdə mümkün ola bilər. Klub balanslı inkişaf strategiyasına sadiq qalaraq fəaliyyətini davam etdirir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər