"İmişli" futbol klubundan ayrılan Jorj Kaşkilyanın "Sumqayıt"la anlaşdığı bildirilir.
Sportinfo.az-ın yaydığı məlumata görə, Saşa İliçlə birillik müqaviləni uzatmayan "gənclik şəhəri" təmsilçisi yenə əcnəbi mütəxssislə hər mövzuda ortaq məxrəcə gəlib.
Müqavilənin müddəti 1 ildir. Portuqaliyalı avrokuboklar uğrunda mübarizə aparan komanda quracağını vəd edib. Sözünün arxasında dayanarsa, müqaviləsi 1 il daha uzadılacaq.
Son günlərə qədər "Kəpəz" və "Araz-Naxçıvan"la əlaqə yaradan Kaşkilya "Sumqayıt"a keçidi daha real sayıb.