Premyer Liqanın cari mövsümündə ilk qələbəsini qazanan "Sumqayıt" futbol klubu növbəti matça hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, komanda 8-ci turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oyun 16 oktyabr saat 19:00-da "SOCAR Polymer Arena" stadionunda baş tutacaq.
Stadiona giriş biletsiz olacaq. Qarşılaşma, həmçinin "CBC Sport" telekanalında canlı yayımlanacaq.
Qeyd edək ki, "Sumqayıt" 7-ci turda "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edib.