"Sumqayıt" basketbol komandası heyətinə iki legioner oyunçu cəlb edib.
Məlumata görə, "gənclik şəhəri" təmsilçisi amerikalı basketbolçular - Teyvion Kirk və Cakori Arçinin keçidini rəsmiləşdirib.
Həmin oyunçularla 1 illik müqavilə imzalanıb.
Teyvion Kirk və Cakori Arçi Azərbaycan basketboluna tanış simalardır. Onlar vaxtilə "Xırdalan"da (indiki "LANDAU Lions") çıxış ediblər.
Mənbə: Azərtac