"Sumqayıt" futbol klubu bu gün "Qəbələ" ilə qarşılaşacaq.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 21-ci turunun bu oyunu saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın baş hakimi Fərid Hacıyev olacaq.
Qeyd edək ki, 20 turdan sonra 30 xalı olan "Sumqayıt" 5-ci, 14 xalı olan "Qəbələ" isə 10-cu yerdədir.