"Sumqayıt" futbol klubu futbolçusu Pedro Pinto ilə yollarını ayırıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, müdafiəçinin Anqolanın "Petroleos de Luanda" komandasına keçidi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Pedro Pinto ötən ilin yayında "Sumqayıt"a keçib.