Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçusu Roi Kehat əməliyyat olunub.
Sumqayit24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçi İsraildə əməliyyat olunub.
Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.
O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.