"Şamaxı" futbol klubu "Sumqayıt"ın oyunçusu ilə maraqlanır.
Sportinfo.az-ın məlumatına görə, müqavilə müddəti başa çatan əksər azərbaycanlılarla vidalaşan bölgə təmsilçisi onların boşluğunu doldurmağa çalışır. Hədəfdə olanlardan biri Nadir Orucovdur.
Məsələ ilə bağlı klublar arasında danışıq olub. Şamaxılılar 19 yaşlı sol cinah müdafiəçisini icarəyə götürmək istədiklərini bildiriblər. Lakin "kimyaçılar" bu müraciətə hələ ki, isti yanaşmır.