"Sumqayıt" futbol klubunun oyunçusu milliyə çağrılıb.
Sumqayit24.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Yığma Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların arasında "kimyaçılar"ın üzvü Kamal Zülfiyev də var.