"Sumqayıt" Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.
Xatırladaq ki, "Sumqayıt" futbol klubunun kapitanı Səbuhi Abdullazadə "Neftçi" ilə matçda qırmız vərəqə aldıqdan sonra təpiklə şüşə qapını sındıraraq ayağından xəsarət alıb.