top
Sumqayıtın prezidenti futbolçu ilə prinsipə girib? - AÇIQLAMA
Bu gün, 16:50
- ↺ +

"Sumqayıt"ın prezidenti futbolçu ilə "prinsipə girib"? - AÇIQLAMA

"Sumqayıt" futbol klubunun və U-21 milli komandamızın üzvü Nihad Əhmədzadənin əvəzedici heyətə göndəriləcəyi ilə bağlı iddialar yayılıb.

Mediada yayılan xəbərə görə, klub prezidenti Riad Rəfiyev futbolçunun müqaviləni uzatmaq istəməməsi səbəbindən belə qərar qəbul edib.

İddiaya əsasən, klub rəhbərliyi gənc və perspektivli futbolçuya köhnə şərtlərlə yeni müqavilə təklif edib. Lakin Əhmədzadə sözləşmədə nəzərdə tutulan əməkhaqqının az olduğunu düşündüyü üçün müqaviləni uzatmaqdan imtina edib. Həmçinin millimizin üzvünün "Sumqayıt"da ən aşağı maaş alan futbolçulardan biri olduğu bildirilib.

Yayılan məlumatda Əhmədzadənin müqaviləni uzatmamasının Riad Rəfiyevin narazılığına səbəb olduğu və futbolçunun cəza məqsədilə əvəzedici heyətə göndəriləcəyi iddia olunur.

Hazırda U-21 milli komandasının düşərgəsində olan Nihad Əhmədzadənin "Sumqayıt"a qayıtdıqdan sonra əvəzedici heyətdə məşq edəcəyi və oynayacağı bildirilir.

Məsələ ilə bağlı Sumqayit24.az "Sumqayıt" FK-nın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxlayıb.

Klubun sözçüsü yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Nihad Əhmədzadə hazırda millinin düşərgəsindədir. Hələ kluba da qoşulmayıb. Qoşulandan sonra əsas komanda ilə, yaxud əvəzedicilərlə məşq edib-etməyəcəyi və oynayıb-oynamayacağı, təbii ki, baş məşqçinin verəcəyi qərardan asılıdır.

Klub prezidenti və futbolçu arasında olan prinsip söhbəti isə ümumiyyətlə həqiqətə uyğun olmayan məlumatdır. Heç bir futbolçu ilə klub rəhbəri arasında hansısa prinsip və ya anlaşılmazlıqdan söhbət gedə bilməz".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:59

ABŞ ordusunda xidmətə başlayan sumqayıtlı xanım - MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 17:57

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

İdman
Bu gün, 17:20

"Sumqayıt" ev oyunlarını "SOCAR Polymer Arena"da keçirəcək

Bütün xəbərlər
Bu gün, 16:25

"Uşaqları məktəbə apara bilmirik" - Ceyranbatanda acınacaqlı vəziyyət

Bütün xəbərlər
Bu gün, 15:57

Tanınmış pedaqoq sumqayıtlıların təhsildəki uğurunun SİRRİNİ AÇDI: "Əsas səbəb valideynlərdir" - MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıdakı bu şirkət "qara siyahı"ya salındı

Bütün xəbərlər
Bu gün, 15:10

"Yeni yol"da işıq dirəkləri yenilənir

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtdakı müəllimlər ixtisasartırma təlimlərinə qatılırlar

Bütün xəbərlər
Bu gün, 14:05

Sumqayıtda sabah leysan yağa, şimşək çaxa bilər

Bütün xəbərlər
Bu gün, 13:35

Sumqayıtda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtın adı əsrlər əvvələ gedib çıxır

Bütün xəbərlər
Bu gün, 12:22

Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Kriminal
Bu gün, 11:50

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:20

Ceyranbatanda toyda dava: ÖLƏN VAR

Bütün xəbərlər
Bu gün, 10:45

Sumqayıtda arvadını öldürən qazi imiş - detallar

Bütün xəbərlər
Bu gün, 10:15

"Stansiya Sumqayıt"da evdə partlayış - Səbəbi dezodorant olub?

İdman
Bu gün, 09:54

Sumqayıtlı cüdoçular dünya çempionatında tatamiyə çıxacaq

Bütün xəbərlər
Bu gün, 09:43

Sumqayıtın təhsil işçiləri təltif olunub

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda yol qəzası - ölən var

Bütün xəbərlər
Bu gün, 08:00

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günündə BAŞ VERƏNLƏR - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Oxşar xəbərlər