"Sumqayıt" - "Neftçi" matçında (1:3) hakim yanlış qərar verib.
Sumqayit24.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVI turunda qeydə alınan mübahisəli epizodlarla bağlı açıqlamasında deyib.
O, Mehdi Hüseynzadə adına stadionda keçirilən oyunda hakim Kamal Umudlu tərəfindən "Sumqayıt"ın qapısına təyin olunan penaltinin səhv olduğunu bildirib.