AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun rəqibinə texniki məğlubiyyət verib.
Sumqayit24.az xəbər verir ki, AFFA U-14 Qızlar Liqasında keçirilməli olan "Sumqayıt" – "Pirallahı" oyunu qonaq komandanın futbolçu sayının yetərli olmaması səbəbindən baş tutmayıb. Bu səbəbdən "Pirallahı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.