top
Sumqayıtın qolkiperi: Hər şey cavab matçında bilinəcək
05 fevral 2026, 16:20
- ↺ +

"Sumqayıt"ın qolkiperi: "Hər şey cavab matçında bilinəcək"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt" futbol klubunun qapıçısı Mehdi Cənnətov Qol.az saytına müsahibə verib.

Sual-cavabı təqdim edirik: 

- "Zirə"yə qarşı keçirilən kubok oyununda (0:0) təxminən 2 aylıq fasilədən sonra yenidən meydana çıxdınız. Özünüzü necə hiss edirsiniz?

- Ümumilikdə hər şey yaxşıdır. Özümü çox yaxşı hiss edirəm. Oynamağa hazıram. Məşqçilər korpusuna da minnətdaram ki, mənə etimad göstərdilər. 

- Qarşılaşmanı necə şərh edərdiniz?

- Bərabər səviyyəli oyun idi. Sadəcə sona yaxın biz sanki bir qədər dayandıq. "Zirə" qapımız qarşısında təhlükəli epizodlar yaratdı. Hələ heç nə məlum deyil. Bütün suallara ikinci görüşdə aydınlıq gələcək. 

- Sərfəli nəticə qazanmaq üçün nə çatışmadı?

- 3-4 gündən bir oynamaq çətindir. Üstəlik, son matçı süni qazonda oynamışdıq. Bu da təsirini göstərdi. Hava şəraiti də yaxşı deyildi. Əlbəttə, bu, bəhanə deyil, çünki hər iki komanda eyni şərtlərdə oynayırdı. 

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz? 

- 50-50-yə. Hər şey cavab matçında bilinəcək. İndidən hansısa komandanı üstün göstərmək olmaz. 

- Avrokuboklara yollanmaq baxımından "Sumqayıt" üçün prioritet kubokdur, yoxsa çempionat?

- Bizim üçün hər ikisi prioritetdir. Turnirlər arasında fərq qoymuruq. Hər matça qələbə üçün çıxırıq. Addım-addım irəli gedirik. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda hədəfimizə çataq. 

- 3 gündən sonra yenidən "Zirə" ilə, amma bu dəfə çempionatda qarşılaşacaqsınız. Həmin görüş kubok oyunundan fərqlənəcək?

- Kubokun ilk oyunu olduğu üçün hər iki komanda ehtiyatlı oynayırdı. Çünki qarşıda hələ cavab matçı var. Ona görə də heç kim risk etmək istəmirdi. Çempionatda isə vəziyyət fərqlidir. İndi mövsümün elə hissəsidir ki, daha diqqətli olmalıyıq. Hər xal dəyərlidir.

 

 

Son xəbərlər

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Oxşar xəbərlər