top
Sumqayıtın rəhbəri futbolçuları söyüb və cərimələyib?
05 mart 2026, 16:30
- ↺ +

"Sumqayıt"ın rəhbəri futbolçuları söyüb və cərimələyib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt"ın məşqçi və futbolçu heyəti cəzalandırılıb.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi məcburiyyət qarşısında qalaraq belə bir qərar verib.

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Zirə"yə 0:2 hesabıyla məğlub olan "Sumqayıt"da işlər qaydasında deyil.

Bu yarışda mübarizəni dayandıran "kimyaçılar" üç aydır davam edən qələbəsizlik seriyasını dayandıra bilmir. Son 10 oyunda cəmi 1 qələbənin qazanılması yönətimin səbr kasasını daşırıb.

Odur ki, komanda tam şəkildə cərimələnib. Məbləğ hələlik açıqlanmır.

Amma güman edirik ki, rəqəm kifayət qədər böyük olacaq. Çünki avrokuboklara yollanmaq şansı xeyli azalıb.

Kubok matçından sonra paltardəyişmə otağına daxil olan klub prezidenti Riad Rəfiyev kollektivi ciddi tənbeh edib. O, emosional danışıb, hətta təhqirə keçərək oyunçuları işə məsuliyyətsiz yanaşmaqda, kluba, azarkeşlərə, camiəyə hörmətsizlik etməkdə günahlandırıb.

Rəfiyev futbolçuların heç bir maddi problem yaşamadıqlarını, məşq və yaşayış şəraitləri baxımından ən yaxşı imkanlara malik olduqlarını xatırladıb, bunun müqabilində ortaya qoyulan performansın bərbad olduğunu deyib.

Prezident qələbə bir yana qalsın, matçda rəqib qapısına zərbə endirə bilinməməsinin, hətta meydanın mərkəzini keçməkdə çətinlik çəkilməsinin qəbuledilməz olduğunu bildirib.

Onun ağır ifadələr işlətdiyi, söyüşə keçdiyi nitqi bir neçə dəqiqə çəkib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər