"Sumqayıt" futbol klubunun təlim-məşq planında dəyişiklik olub.
Sumqayit24.az xəbər verir ki, komanda yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu əvvəlcə planlaşdırılıdığı kimi iyulun 26-da "Kəpəz"ə qarşı yox, iyulun 19-da "Qəbələ" ilə keçirəcək.
"SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək.