Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunda keçirilən "Turan Tovuz" - "Sumqayıt" oyununda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Nsana Simonun durumu açıqlanıb.
"Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib ki, fransalı yarımmüdafiəçinin durumu qənaətbəxşdir:
"26 yaşlı futbolçu son məşqdə iştirak etməsə də, onun növbəti turda "Qəbələ"yə qarşı oyunda forma geyinməsi gözlənilir".
Qeyd edək ki, qarşılaşma "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: İdman.biz