"İmişli" futbol klubu kapitanını itirə bilər.
Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın 3 klubu Azər Salahlının xidmətində maraqlıdır. Bunlar "Sumqayıt", "Kəpəz" və "Şəfa" kollektivləridir.
Millimizin sabiq üzvü isə qərar verməyə tələsmir. O, mövsümün sonunu gözləyir və ilk olaraq hazırkı klubu ilə masaya oturacaq.
32 yaşlı oyunçu bu sezon bölgə klubunda keçirdiyi 32 matçda 2 qolla yadda qalıb. "Keşlə"nin (indiki "Şamaxı") yetirməsi daha əvvəl "Qarabağ", "Sumqayıt" və "Neftçi"nin də formasını geyinib.
Azərbaycan millisində keçirdiyi 24 görüşdə 1 qol vurub.