Başa çatan mövsümün ikinci yarısından "Sumqayıt" futbol klubunda çıxış etmiş Danilo Beskorovaynı komandadan ayrılmağa yaxındır.
Football.az-ın məlumatına görə, ukraynalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. 27 yaşlı mərkəz müdafiəçisi "Aktobe" ilə anlaşıb.
"Sumqayıt" bu ilin yanvarında Ukraynanın "Polesye" klubundan icarəyə götürdüyü Beskorovaynını heyətində saxlamaq istəyib. Lakin tərəflər anlaşa bilməyiblər.
Qeyd edək ki, müdafiəçi "kimyaçılar"ın heyətində ümumilikdə 14 oyun keçirib, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.