"Sumqayıt" futbol klubu Lukas Bleklə imzaladığı müqavilənin şərtlərini açıqlayıb.
Sumqayit24.az xəbər verir ki, komanda son klubu Braziliyanın "Ferroviario" kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu "55" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" bu futbolçunun legioner kimi formasını geyinəcəyi ilk klubdur.