Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən quruma müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.
AAF-dan Report.az-a verilən məlumata görə, artıq bölgələrdə yerləşən klub və məktəblərin avadanlıqla təminatı yekunlaşıb. Həmin mərkəzlərdə təhvil verilən avadanlıqlarla məşqlər davam etdirilir.
Bildirilib ki, yaxın günlərdə Bakı və Sumqayıtda yerləşən məktəblərin də avadanlıqla təminatı reallaşdırılacaq.