"Sumqayıt" futbol klubu növbəti matça hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ"ni qəbul edəcək.
10 oktyabr saat 19:30-da "SOCAR Polymer Arena" stadionunda keçiriləcək oyun aşağıdakı hakimlərə tapşırılıb:
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov.