top
Sumqayıt rəsmisi stadionla bağlı: Azarkeşlərimizdən səbrli olmalarını xahiş edirəm
Bu gün, 14:35
- ↺ +

"Sumqayıt" rəsmisi stadionla bağlı: "Azarkeşlərimizdən səbrli olmalarını xahiş edirəm"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün inkişafı nəzərdə tutulan tempdə getməyib.

Bu barədə Sumqayit24.az-a"Sumqayıt" futbol klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev açıqlama verib.

O, növbəti iki ev oyununun "SOCAR Polymer Arena"da keçiriləcəyini xatırladıb:

"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazon örtüyünün yenilənməsi istiqamətində işlər həyata keçirirdik. Başlanğıcda hər şey qənaətbəxş gedirdi, gözlədiyimiz inkişaf müşahidə olunurdu. Lakin təəssüf ki, sonrakı mərhələdə otun inkişafı proqnozlaşdırdığımız sürətlə davam etmədi. Dünən yoxlama aparıldı, mütəxəssislər meydanı nəzərdən keçirdilər. Nəticədə qərara gəlindi ki, növbəti iki ev matçı həmin stadionda keçirilməsin".

Z.Xudiyev problemin həll ediləcəyini diqqətə çatdırıb:

"Problemin dəqiq nədən qaynaqlandığını bilmirəm. Hələlik bunun iqlim şəraiti, yoxsa başqa amillər ilə əlaqəli olduğu aydın deyil. Mütəxəssislər bu məsələni daha yaxşı qiymətləndirə bilərlər. Ancaq hər halda aradan qaldırıla bilən problemdir və müəyyən müddət tələb olunur. Azarkeşlərimizdən bir qədər səbrli olmalarını xahiş edirəm. Ümidvarıq ki, növbəti fasilədən sonra, ehtimal ki, noyabrda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna dönəcəyik".

Xatırladaq ki, "Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək. Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda "kartlar səhv düşüb" deyib yaşlı qadını aldatdı

İdman
Bu gün, 14:05

Xədicə Qədəşova dünya çempionatı ilə erkən vidalaşıb - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 13:35

Sumqayıt və Saray sakinlərini Bakıya aparan yolun VƏZİYYƏTİ

Bütün xəbərlər
Bu gün, 13:00

Sarayda tələbənin ölümünə səbəb olan qəza: sürücülük hüququ yox imiş

Bütün xəbərlər
Bu gün, 12:30

"Kim çevikdirsə, o minir" – 594-də acınacaqlı vəziyyət - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:00

Polisin hava ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ

Bütün xəbərlər
Bu gün, 11:30

Ceyranbatanda toyda öldürülən şəxsin qonşusu DANIŞDI

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda Müəllimlər Günü belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda bu məktəbə direktor təyinatı

Bütün xəbərlər
Bu gün, 09:20

"İşlək yoldur, amma..." - sumqayıtlılardan NARAZILIQ

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 10-cu günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

İki min yerlik Saray məktəbində altı min şagird oxuyur? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:59

ABŞ ordusunda xidmətə başlayan sumqayıtlı xanım - MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 17:57

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

İdman
Dünən, 17:20

"Sumqayıt" ev oyunlarını "SOCAR Polymer Arena"da keçirəcək

İdman
Dünən, 16:50

"Sumqayıt"ın prezidenti futbolçu ilə "prinsipə girib"? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

"Uşaqları məktəbə apara bilmirik" - Ceyranbatanda acınacaqlı vəziyyət

Bütün xəbərlər
Dünən, 15:57

Tanınmış pedaqoq sumqayıtlıların təhsildəki uğurunun SİRRİNİ AÇDI: "Əsas səbəb valideynlərdir" - MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıdakı bu şirkət "qara siyahı"ya salındı

Bütün xəbərlər
Dünən, 15:10

"Yeni yol"da işıq dirəkləri yenilənir

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtdakı müəllimlər ixtisasartırma təlimlərinə qatılırlar

Bütün xəbərlər
Dünən, 14:05

Sumqayıtda sabah leysan yağa, şimşək çaxa bilər

Bütün xəbərlər
Dünən, 13:35

Sumqayıtda pensiyalar BU TARİXDƏ ödəniləcək

Oxşar xəbərlər