Kişilərdən ibarət "Sumqayıt" basketbol komandası səfər oyununa hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, martın 28-də Azərbaycan Basketbol Liqasının 20-ci turunda "Sərhədçi" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşma saat 20:00-da Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Qeyd edək ki, "Ordu" (36 xal) B qrupunun liderdir. Aktivində 26 xalı olan "Sərhədçi" dördüncü, eyni xala malik "Sumqayıt" isə beşincidir. 23 xalı olan "Lənkəran" sonuncudur.