top
Sumqayıt tarix yazdı - AVROKUBOKDA İŞTİRAK EDƏCƏK
07 mart 2026, 09:52
- ↺ +

"Sumqayıt" tarix yazdı - AVROKUBOKDA İŞTİRAK EDƏCƏK

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt" minifutbol komandası tarix yazıb.

Sumqayıt təmsilçisi tarixində ilk dəfə Minifutbol üzrə ölkə çempionatında yarımfinal mərhələsinə vəsiqə əldə edib. Nicat Məhərrəmovun yetirmələri 1/4 final mərhələsində "Galaxy" komandasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar. 

İlk oyun 3:3 hesablı bərabərliklə bitsə də, Nihad Ağayevin 3 qolla yadda qaldığı cavab görüşündə 4:3 qələbə qazanmaq mümkün olub.

Qeyd edək ki, İlk dəfə yarışda iştirak edən Nihad 18 qolla "Sumqayıt"ın bombardiridir. 

Komandanın baş məşqçisi Nicat Məhərrəmov Sportinfo.az-a açıqlamasında tarixi uğurdan danışıb:

"Bu, "Sumqayıt" minifutbol komandası üçün tarixi bir nəticədir və bununla qürur duyuruq. Komandamız mövsüm boyu böyük əzmkarlıq, intizam və birlik nümayiş etdirdi. Bu uğur təkcə futbolçuların deyil, həm də şəhərimizin azərkeşlərinindir. Yarımfinala çıxmaq bizim üçün böyük addımdır, amma hədəfimiz daha da irəli getməkdir. İnşallah növbəti oyunlarda da Sumqayıtı layiqincə təmsil edəcəyik".

Klubun təsisçisi Nicat Ələsgərov isə əldə olunan uğura görə baş məşqçi amilini xüsusi önə çəkib:

"Ağır mövsüm keçir, amma hər addımda baş məşqçimiz Nicat Məhərrəmova və onun qurduğu komandaya sonuna qədər inandıq.

Ölkəmizi Avropada təmsil edəcək ilk region komandası olmaq məni çox sevindirir".

"Sumqayıt"ın yarımfinal mərhələsindəki rəqibi "Zirə" olacaq.

İki oyundan ibarət olan bu mərhələnin ilk qarşılaşması martın 10-da keçiriləcək.

"Zirə" ilə dueldə uğurlu ola bilməsə belə "Sumqayıt"ın tarixində ilk dəfə ölkəmizi Avropa Liqasında təmsil edəcəyi dəqiqləşib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər