"Sumqayıt" futbol klubu yay təlim-məşq toplanışında keçirdiyi yoxlama oyunlarından cəmi birini qazanıb.
Sumqayit24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 2026/2027 mövsümünə Azərbaycanda hazırlaşıb. Komandamız yalnız "Şamaxı"ya qalib gəlib - 2:0. Qalan matçlarda isə "Qəbələ", "Kəpəz" və "Əl-Xaritiyat"lə (Qətər) heç-heçə edib, "İmişli"yə isə 1:4 hesabı ilə uduzub.