Sumqayıtda keçiriləcək "FIFA Series - 2026" turnirin oyunlarının biletləri satışa çıxarılıb.
Sumqayit24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə gerçəkləşəcək turnir martın 27-də baş tutacaq.
Qeyd olunub ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Sent Lüsiya (19:00) oyunlarının biletləri artıq satışdadır