top
Sumqayıtın mənim ürəyimdə xüsusi yeri var, bu şəhəri çox sevirəm - Adel Amruş
26 dekabr 2025, 13:05
- ↺ +

"Sumqayıtın mənim ürəyimdə xüsusi yeri var, bu şəhəri çox sevirəm" - Adel Amruş

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycanda və Sumqayıtda olmağımdan çox xoşbəxtəm. Sumqayıtın mənim ürəyimdə xüsusi yeri var, bu şəhəri çox sevirəm. Burdakı dostlarımla, tanıdığım insanlarla da daim ünsiyyətdə oluram. 20 ildən çoxdur burda deyiləm, amma sanki heç burdan getməmişəm".

Bu sözləri Ruanda millisinin baş məşqçisi, 20 il öncə Sumqayıtın "Gənclərbirliyi" komandasının baş məşqçisi olmuş Adel Amruş Rekord.az-a müsahibəsi zamanı bildirib.

- 20 ildən sonra yenidən Azərbaycana gəlmisiniz. Məqsədinizi və təəssüratlarınızı öyrənmək maraqlı olar...


- İlk növbədə ondan başlayım ki, Azərbaycanda və Sumqayıtda olmağımdan çox xoşbəxtəm. Sumqayıtın mənim ürəyimdə xüsusi yeri var, bu şəhəri çox sevirəm. Burdakı dostlarımla, tanıdığım insanlarla da daim ünsiyyətdə oluram. 20 ildən çoxdur burda deyiləm, amma sanki heç burdan getməmişəm. O ki qaldı gəlmə səbəbim, bilirsiniz ki, hazırda Ruanda millisinin baş məşqçisiyəm və millinin burada oynayan futbolçularına baxmaq üçün gəlmişəm. "Zirə"dən Mutsinzi və "Sabah"dan Mikels. Düzdür, Mikels oynamadı, amma Mutsinzini izlədim. Eyni zamanda "Sumqayıt" - "Sabah" matçına da baxdım. Deyim ki, öz komandalarını bu dərəcədə sevən azarkeş görməmişəm. Burda işlədiyim dönəmdə də bunu görmüşdüm. 


- "Sumqayıt" komandası haqda fikirləriniz necədir?

- Açığı, sırf "Sumqayıt"ı izləmək üçün stadiona gəlməmişdim. Ona görə komanda haqda fikir bildirmək istəmirəm. Amma şad oldum ki, onların da oyununu izlədim.


- İki oyunu izlədiyinizi dediniz. Çempionatımızın səviyyəsi haqda hansı fikirdəsiniz?


- Çətindir nə isə demək. Hansısa fikrim düzgün anlaşılmaz, düzgün qəbul olunmaz. Bilirsiniz, bəzən elə başa düşülür ki, sənin legionerin çoxdursa, sən hamıdan güclüsən. Amma elə deyil. Bu cür düşünməklə yerli futbolçulara kömək etmək olmaz. Mən Azərbaycan millisinin də oyunlarını izləyirəm, onların da qələbəsini istəyirəm. Amma legionerlərə üstünlük verilməsi bu mənada da çətinlik yaradır. Yerli futbolçuları da görmək istəyirəm. Yerli məşqçiləri gördüm. Qurban Qurbanov, Rəşad Sadıqov. Hansı ki, çox inkişaf ediblər. Amma təəssüf ki, inkişaf edən yerli futbolçuları görmədim. Onların görünməsi üçün şans verməlisən. Bu vəziyyətdə millinin baş məşqçisi üçün də çətindir. Seçimi haradan edəsən? Mən "Sumqayıt" - "Sabah" oyununun protokoluna baxdım, orda tək-tük azərbaycanlı futbolçu gördüm. Hamısı legioner idi. Şəraitə gəlincə, super. Stadion, baza. Ümumiyyətlə, dövlət olaraq Azərbaycan çox inkişaf edib. O cümlədən də idman infrastrukturu. Mən burda işlədiyim dönəmdə belə şərait yox idi, biz çox çətin şəraitdə məşq edirdik.

- Gələcəkdə yenidən Azərbaycanda işləmək istərdiniz?


- Onsuz da Azərbaycana gəlirəm, dostlarımı görürəm, əlaqələrimiz var. Allah yazmışdı, 20 ildən sonra yenə bura gəldim. Gəldim və burdakı inkişafı gördüm. Hər zaman Azərbaycanın Avropadakı təbliğatçısı olmuşam, Belçikada da hər zaman tanıdığım insanlara Azərbaycan haqda xoş sözlər deyirəm. İndi gəldim, müsbət dəyişiklikləri gördüm, gedib yenə deyəcəm. Mənim üçün işin futbol tərəfi yox, insanların münasibəti daha önəmlidir. Burdan sizin saytınız vasitəsi ilə də salamlarımı bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Oxşar xəbərlər