top
Sumqayıtlı bodibilderlərin uğurunun arxasında nə dayanır?
18 dekabr 2025, 15:38
- ↺ +

Sumqayıtlı bodibilderlərin uğurunun arxasında nə dayanır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son vaxtlar ölkəmizdə bodibildinq və fitnes populyar idman növünə çevrilib. Sumqayıt təmsilçiləri də bu idman növündə ardıcıl olaraq beynəlxalq yarışlardan medallarla vətənə dönürlər. Qanunla.az bu məqsədlə Sumqayıt Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rəşad Xudaverdiyevdən müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik:

– Rəşad müəllim, ölkəmizdə bodibildinq idman növünün inkişafı ilə bağlı nə deyə bilərsiniz?

– Ölkəmizdə bu idman növü böyük sürətlə inkişaf edir. Buna səbəb yeni fitness zallarının açılması, insanların sağlam və gözəl görsənmək istəyi, federasiyanın aktivliyi və sosial şəbəkələrin təsirini göstərmək olar. İdmançıların şəxsi səhifələrindəki aktivlik bu idmanın inkişafını sürətləndirir. Federasiyamızda başda Rauf Bünyatəliyev tərəfindən olmaqla aparılan çox düzgün və planlı işlər bu idmanı ölkəmizdə çox populyar edib. Hər dünya və Avropa çempionatında yığmamız geniş heyətlə çox böyük nəticələr göstərir.

– Sumqayıt idmançıları son zamanlar hansı uğurlara imza atıblar?

– Sumqayıt yığması da bu aktivlikdən geri qalmır. Avropa çempionatında Tərlan Əliyev həm gənclər, həm də kişilər arasında çempion olub. Əhməd Quliyev isə yarışı gümüş medalla bitirib. Sonuncu dünya çempionatında Əhməd Quliyev həm gənclər, həm də kişilər arasında çox böyük nəticə göstərərək qızıl medal qazanıb. Tərlan Əliyev isə öz kateqoriyasında gümüş medala layiq görülüb. 

– Tələbələrinizdən Tərlan Əliyev və Əhməd Quliyevin uğurları hər birimizi sevindirir. Sizcə, onların bu uğurları nəyin sayəsindədir?

– Bu uğur federasiyanın məşqçi heyətinin qurduğu uğurlu strategiya və idmançıların şəxsi əzmkarlığının nəticəsidir.

– Sizcə, bu idman növünün ölkəmizdə daha da populyar olması üçün hansı addımlar atılmalıdır?

– Bu idman növünün daha populyar olması üçün mütləq hər bir məşqçi və sahibkar bu idmana lazımi qədər diqqət etməlidir. Yəni işinin peşəkarı olmalıdır. Bəzi catışmayan səbəblər də var, misal üçün idmançılara bu idman növündən qazanc əldə edən şirkətlər yardım etsələr, xeyli işimiz rahatlaşar. Bir infrastruktur yaranmasına ehtiyac var. Nazirlik yığmanın böyük heyətlə yarışa getməsini və bəzi xərcləri öz hesabına qarşılayır. Bu az məbləğ deyil. Ancaq özəl şirkətlər də idmançılara diqqət artırsa yaxşı olar.

– Hazırda bu idman növü dəbdədir. Buna səbəb nədir?

– Bu idman növünün dəb halına düşməsi insanların sağlam olmaq istəklərindən irəli gəlir. Bu tendensiya bütün dünyada müşahidə olunur. İnsanlar artıq başa düşürlər ki, uğurun əsas səbəblərindən biri sağlam və formada olmaqdır.

– Gələcəkdə bu idman növü ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyyələriniz var?

– Mən gənclərə tövsiyyə edərdim ki, tələsməsinlər. Nəticə vaxt və əzm istəyir. Bu həm xarakteri formalaşdıracaq, həm də həyat tərzinə çevriləcək.

– Gələcəkdə Sumqayıt şəhərində bu idman növünün inkişafı ilə bağlı hansı planlarınız var?

– Planlarımız çoxdur, reallaşdırmağa çalışırıq. Müəyyən çətinliklər var amma öhdəsindən gələcəyik. Əzmkar olmaq lazımdır. Allah qoysa səhv istiqamətdə gedən hərəkətlərin qarşısını alıb inkişaf edəcəyik. Bu işdə bütün bodibildinq ailəsinə uğurlar arzulayıram.

Son xəbərlər

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

Oxşar xəbərlər