Sumqayıtlı cüdoçu Beynəlxalq Masters Turnirində qızıl medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq yarışda U-21 yaş kateqoriyasında mübarizə aparan Süleyman Şükürov (-90 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.