Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında beşinci yarış gününün görüşləri baş tutacaq.
Sumqayit24.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxacaq. Onların arasında -90 kiloqram çəki dərəcəsində mübarizə aparan sumqayıtlı Süleyman Şükürov da var. O, 1/32 finalda norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.